Tramp Con Boltonu qovmağa hazırlaşır
ABŞ prezidenti Donald Tramp Milli Təhlükəsizlik Müşaviri Con Boltonu vəzifəsindən azad edəcək.
Qaynarinfo xəbər verir ki, "New York Times" qəzeti bu iddia ilə çıxış edib. Bildirilir ki, Tramp və Bolton İran, Şimali Koreya və Venesuela məsələsində fikir ayrılıqlarına sahibdir və tərəflər arasında gərginlik mövcuddur. 
İddiaya görə, prezidenti müşaviri müharibələrin tərəfdarıdır və Tramp onun bu mövqeyini dəstəkləmir.