Aİ rəsmisi: Tereza Meyin təklif etdiyi saziş yeganə həll yoludur
"Baş nazir Tereza Meyin “Brexit”lə bağlı təklif etdiyi saziş Böyük Britaniyanın Avropa İttifaqını qaydalara uyğun şəkildə tərk etməsi üçün yeganə həll yoludur". ONA-nın “Guardian”-a istinadən verdiyi xəbərə görə, bu sözləri Avropa İttifaqının “Brexit” danışıqları üzrə xüsusi nümayəndəsi Mişel Banier deyib. “Əgər seçim Aİ-ni saziş olmadan tərk etməkdirsə və ya əksinə Aİ-nin tərkibində qalmaqdırsa, bu başqa məsələdir.  Əks halda, Tereza Meyin təklif etdiyi razılaşma yeganə həll yoludur",- deyə M.Barnier qeyd edib.