Cəbhədə əsgərimiz şəhid oldu
Azərbaycan ordusunun hərbçisi şəhid olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib. ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub. Allah rəhmət eləsin!