Antonio Konte İtaliyanın “İnter” klubunun baş məşqçisi təyin olunub
İtaliyanın “İnter” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. ONA-nın məlumatına görə, Luçano Spalletti ilə yollarını ayıran Milan təmsilçisinin yeni baş məşqçisi Antonio Konte olub. Əvvəllər vətənində “Yuventus”, həmçinin İtaliya yığması və İngiltərə “Çelsi”sində çalışmış 49 yaşlı mütəxəssislə üç illik müqavilə imzalanıb. A.Konte 2022-ci ilin yayına qədər “İnter”ə rəhbərlik edəcək.