Bakı metrosunda qadın özünü qatarın altına atıb - FOTO
Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin "28 may" stansiyasında intihara cəhd hadisəsi baş verib. "Report"un əldə etdiyi məlumata görə, bir qadın özünü qatarın altına atıb. Hadisə ilə bağlı metroya giriş 15-20 dəqiqəlik dayandırılıb. “Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov faktı "Report"a təsdiq edib. Onun sözlərinə görə, hazırda hadisə ilə bağlı araşdırma aparılır və rəsmi məlumat veriləcək.