Avropanın ən varlı futbol çempionatları - TOP-8
Futbol dünyanın ən möhtəşəm idman növlərindən biri olması ilə yanaşı, həm də böyük kapitalın cəlb olunduğu ən bahalı idmanlardandır. "Deloitte" şirkətinin analitikləri "Annual Review of Football Finance 2019/" adlı illik hesabatını təqdim ediblər. Hesabatda futbol sənayesində maliyyə tendensiyalarını nəzərdən keçirilib. ONA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sözügedən tədqiqat maliyyə baxımından sayca 28-ci futbol təhlilidir. Hesabatda qeyd olunduğu kimi, futbol klubları uğur əldə etmək üçün bütün mümkün vasitələrdən, o cümlədən maliyyə vəsaitlərindən istifadə edirlər. Avropanın 8 ən varlı futbol çempionatları:
# Ölkə çempionatı 2017/2018 mövsümünün gəliri, mln. avro
1 İngiltərə Premyer Liqası 5 440
2 Almaniya Bundesliqası 3 168
3 İspaniya La Liqası 3 073
4 İtaliya A Seriyası 2 217
5 Fransa Liqa 1 1 692
6 Rusiya Premyer Liqası 813
7 Türkiyə Superliqası 731
8 Hollandiya Erediviziyası 495
ONA