“Sabah” “Sumqayıt”ın futbolçusunu transfer edib
Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.  ONA-nın məlumatına görə, Cavid Tağıyev bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq.  26 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. Karyerası ərzində “Turan”, AZAL, “Qarabağ” və “Zirə”də çıxış etmiş yarımmüdafiəçinin son komandası “Sumqayıt” olub.  Qeyd edək ki, C.Tağıyev Azərbaycan millisində 2 oyun keçirib.