Rusiyada rouminq ləğv olundu
Rusiyada iyunun 1-dən milli və şəbəkədaxili rouminq ləğv olunur. "Legion" oxu.az-a istinadən bildirir ki, bu gündən başlayaraq Baş nazir Dmitri Medvedev tərəfindən imzalanmış müvafiq qərar qüvvəyə minir. Rabitə xidmələrinin qiyməti abonentin yerləşdiyi bölgədən asılı olmayacaq. Şəbəkə operatorları yalnız abonent ölkə xaricində olarkən daxil olan zənglərə görə ödəniş tutacaqlar. Bütün Rusiya ərazisi üzrə isə qanunvericiliyə əsasən, daxil olan zənglər pulsuz olacaq.