İranda güclü zəlzələ olub
İranın cənub-qərbində nisbətən güclü zəlzələ baş verib. ONA-nın Tehran bürosunun məlumatına görə, 4,2 bal gücündə olan zəlzələnin episentri İraq sərhədi yaxınlığındakı Xuzestan əyalətinin Gotvənd şəhəri yaxınlığındadır. Zəlzələ yerli vaxtla saat 09:04-də yerin 16 kilometr dərinliyində qeydə alınıb. Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.