Azərbaycanda şöbə rəisi özünü asıb
Ağdamda poçt şöbəsinin rəisi özünü asaraq intihar edib. ONA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Kənd sakini 1957-ci il təvəllüdlü Tağıyeva Püstə Mərkəz qızı yaşadığı evin həyətində özünü asıb. P. Tağıyeva Ağdam Poçt Filialının Qaradağlı poçt şöbəsinin rəisi vəzifəsində işləyib. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.