Mourinyo Kloppdan danışdı - "Deməzdim ki, ən güclü odur"
"Qələbə elə qələbədir. Deməzdim ki, Yurgen Klopp məni təəccübləndirdi. Çünki onu çoxdan tanıyıram. Hər bir uğursuzluqdan sonra irəli baxdı, ruhdan düşmədi". Qol.az xəbər verir ki, bu sözləri "Mançester Yunayted"in sabiq baş məşqçisi Joze Mourinyo Britaniya mətbuatına açıqlamasında deyib. "Çempionlar Liqasında mövsümün ən güclü məşqçisi kimdir" sualını cavablandıran portuqaliyalı mütəxəssis Klopp haqda danışıb. Lakin o, almaniyalı məşqçini bir nömrə hesab etmir: "Klopp ötən mövsüm Çempionlar Liqasının finalında uduzdu, eləcə də İnglitərə kubokunda. Bu mövsüm Premyer Liqada çempionluq yarışında "Mançester Siti"yə məğlub oldu. Ancaq yenə sınmadı. Deyə bilmərəm ki, mövsümün ən güclü məşqçisi Kloppdur. Ancaq o, ən yaxşılarından biridir".