5 funta almışdı, 1 milyona satılacaq
900 il tarixə sahib "Lewis" şahmat daşı gələn ay auksiona çıxarılacaq.
Qaynarinfo xəbər verir ki, satış "Sotheby" Auksion Evində baş tutacaq. Şahmat daşının təxminən 600-1 milyon funt-sterlinqə alıcı tapması gözlənilir. 
Həmin daş 1964-cü ildə Şotlandiyada cəmi 5 funt-sterlinqə alınıb. 
8,8 sm uzunluğa sahib tarixi əşyanın itən beş "Lewis" şahmat daşından biri olduğu təxmin edilir. 
XII-XIII əsrlərdə Norveçdə hazırlanan şahmat daşları hazırda Londonda yerləşən "British Museum" və Edinburqdakı Şotlandiya Milli Muzeyində saxlanılır.