Növbəti “Boinq” insidenti: Moskvada həyəcan
Moskvadan Berlinə uçan "Boinq737” tipli təyyarə Vnukovo hava limanına təcili enişə hazırlaşır. Axar.az xəbər verir ki, bu barədə Rusiya paytaxtının fövqəladə hallar xidmətindən informasiya yayılıb. "Vnukovodan Berlin istiqamətində havaya qalxdıqdan sonra yaranan problem nəticəsində təyyarənin hava limanına geri dönməsinə qərar verilib”, - xəbərdə deyilib. Qeyd edək ki, təyyarənin göyərtəsində 101 nəfər var.