Rusiya yeni raket sistemini sınaqdan keçirdi - VİDEO
Rusiya yeni hava hücumundan müdafiə sistemini sınaqdan keçirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi informasiya yayıb. Nazirlik ölkənin müdafiə qüvvələrinin yeni bir hava hücumundan müdafiə kompleksini uğurla test etdiyini bildirib. Lakin kompleksin adı açıqlanmayıb. Sınaq Qazaxıstanın Sarı-Şaqan sınaq məkanında gerçəkləşdirilib.