Gürcüstanın baş naziri müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib
Gürcüstanın baş naziri Mamuka Baxtadze ölkə müsəlmanlarını Ramazan ayının başa çatması münasibətilə təbrik edib. “Report”un Gürcüstan bürosu xəbər verir ki, hökumət başçısı müsəlman vətəndaşlara əmin-amanlıq və xoşbəxtlik arzulayıb. “Böyük dini bayram olan Ramazan bayramı münasibətilə sizi təbrik edirəm. Ölkəmizə və ailələrinizə sülhlü gələcək, tərəqqi və uğurlar diləyirəm”, - deyə M.Baxtadze təbrikində vurğulayıb. Baş nazirlə yanaşı, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi, Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin Aparatı və digər dövlət qurumları da ölkə müsəlmanlarına müqəddəs Ramazan bayramı münasibətilə təbriklər ünvanlayıblar.