Azərbaycanda Ramazan bayramı qeyd olunur
Azərbaycanda bu gün Ramazan bayramıdır. Ölkədə Ramazan ayı mayın 6-da başlayıb. Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edir. Azərbaycanda Ramazan bayramı iki gün - iyunun 5-i və 6-da qeyd olunur. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-də saat 08:00-da Əjdərbəy məscidində, saat 09:00-da isə Təzə Pir məscidində bayram namazı qılınacaq. QMİ Qazılar Şurası hazırkı şəraitə uyğun olaraq, fitrə zəkatının adambaşına 5-10 manat dəyərində verilməsini məsləhət görür.