Bakıdakı bu məşhur körpü sökülür - Foto
Bakının Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyov küçələrini birləşdirən, xalq arasında “Qaqarin körpüsü" kimi tanınan Cavanşir körpüsü söküləcək. Report xəbər verir ki, körpünün yerində yeni yolun salınması nəzərdə tutulub. Xatırladaq ki, Cavanşir körpüsü 1962-ci ildə inşa olunub. 12 aşırımlı körpünün ümumi uzunluğu 203 metr, eni isə 17 metrdir. Yaxın vaxtlara qədər körpünün altından qatarlar, üstündən isə avtomobillər hərəkət edib. Hazırda isə ərazidən keçən dəmir yolu xətləri sökülüb.