Praqada on minlərlə nümayişçi baş nazirin istefası tələbi ilə küçələrə çıxıb
Çexiyanın paytaxtı Praqada ötən gün onminlərlə nümayişçi baş nazir Andrey Babisin istefa tələbi ilə küçələrə çıxıb. APA BBC-yə istinadən xəbər verir ki,Andrey Babis Avropa İttifaqının verdiyi subsidiyaların dələduzluq yolu ilə istifadəsində ittiham edilir. Məlumata görə, ötən günkeçirilən nümayişə 120 000 nəfər qatılıb. Bildirilir ki, bu, 1989-cu il inqilabından sonra Çexiyada baş tutan ən böyük nümayişdir. A.Babis dələduzluq ittihamlarını rədd edir.