Dünya birjalarında neft ucuzlaşıb
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 2,36% azalaraq 1 barelə görə 60,51 dollar təşkil edib.

APA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyulda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 3,46% azalaraq 51,63 dollar təşkil edib.