Bakıda itkin düşmüş 3 yaşlı Zəhra tapılıb
İtkin düşmüş 3 yaşlı Zəhra Bağırzadə tapılıb. Uşağın yaxınlarının APA-ya verdiyi məlumatagörə, hazırda onun səhhəti qaydasındadır. Qeyd edək ki, 2 gün əvvəl Z. Bağırzadə evlərinin qarşısından naməlum şəraitdə yoxa çıxıb. *** 12.55 Bakıda 3 yaşlı Zəhra Bağırzadənin itkin düşməsi ilə bağlı əməliyyat axtarış tədbirləri davam etdirilir. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Sabunçu qəsəbəsində 3 yaşlı Zəhra Bağırzadənin itkin düşməsi ilə bağlı məsələ ciddi nəzarətə götürülüb. İtkin düşən qızı görən şəxslərin yaxınlıqdakı polis bölməsinə və ya 102-yə müraciət etmələri xahiş olunur. Qeyd edək ki, 2 gün əvvəl Z. Bağırzadə evlərinin qarşısından naməlum şəraitdə yoxa çıxıb.