Polis 3 yaşlı Zəhranı oğurlayan şəxsi yaxaladı
Bakıda iki gün əvvəl itkin düşən və bu gün tapılan üç yaşlı Zəhra Bağırzadəni oğurlayan şəxs tutulub. "Report"un məlumatına görə, həmin şəxs Masallı rayonundandır və hazırda polis bölməsində saxlanılır. *** Bakıda iki gün əvvəl itkin düşmüş üç yaşlı Zəhra Bağırzadə tapılıb. Bu barədə "Report"a Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsindən məlumat verilib. Qeyd edək ki, sosial şəbəkələrdə azyaşlı Zəhra ilə bağlı yanlış foto - kişinin əlindən tutmuş uşaq fotosu yayılıb. Lakin həmin fotodakı uşağın Zəhra olmadığı məlum olub.