Putin Papa ilə görüşə gedir
"Təsdiq edə bilərəm ki, Papa Fransisk Rusiya prezidenti Vladimir Putini iyulun 4-də qəbul edəcək” - Alessandro Cizotti
Roma Papası Fransisk iyulun əvvəlində Rusiya Prezidenti Vladimir Putini Vatikanda qəbul edəcək. Bu barədə "Müqəddəs Taxt”-ın mətbuat sözçüsü Alessandro Cizotti məlumat verib. "Təsdiq edə bilərəm ki, Papa Fransisk Rusiya prezidenti Vladimir Putini iyulun 4-də qəbul edəcək” – deyə o bildiirb. Bundan əvvəl, Argentina mətbuatı Vatikandakı mənbələrə istinadən Papa və Rusiya prezidentinin görüşəcəyi barədə məlumat vermişdi. Xatırladaq ki, mayın əvvəlində Roma papası Rusiyaya gəlmək arzusunu dilə gətirmişdi./Sputnik Azərbaycan