Azərbaycanda zəlzələ olub
Bu gün saat 09:27-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələnin maqnitudası 4,7 bal, dərinliyi 62 km olub. Zəlzələ sahilə yaxın ərazilərdə 3 bala qədər hiss olunub. *** 09:39 Bu gün yerli vaxtla saat 09:27-də Xaçmaz rayonunda zəlzələ baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, yeraltı təkanlar Xaçmazla yanaşı, ətraf rayonlarda da hiss olunub.