Romantik görüş üçün ən bahalı şəhərlərin reytinqi açıqlanıb - TOP-10
"Deutsche Bank" dünyanın müxtəlif şəhərlərində standart romantik görüşün dəyərini qiymətləndirərək reytinq tərtib ediblər. APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, indeksə taksi, ikinəfərlik şam yeməyi, iki bokal pivə, həmçinin ikinəfərlik kinoteatr xərcləri daxildir. Romantik görüş üçün ən bahalı şəhərlərin reytinqi:
# Şəhər Ölkə Romantik görüşün dəyəri, ABŞ doları
1 Sürix İsveçrə 202,7
2 Oslo Norveç 163,9
3 Kopenhagen Danimarka 157,8
4 Helsinki Finlandiya 150,5
5 Tokio Yaponiya 148,3
6 Nyu-York ABŞ 142,8
7 Amsterdam Niderland 140,8
8 London Böyük Britaniya 137,7
9 San-Fransisko ABŞ 137,5
10 Stokholm İsveç 132,2