Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İyunun 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,71% – 25 720,66 bəndədək, S&P 500 0,61% – 2 843,49 bəndədək, Nasdaq isə 0,53% – 7 615,56 bəndədək yüksəlib. APA-nın məlumatına görə, Avropa fond bazarlarında iyunun 6-da FTSE 100 indeksi 0,55% – 7 259,85 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,23% – 11 953,14 bəndədək, Fransa CAC-40 isə 0,26% – 5 278,43 bəndədək enib. COMEX-də qızılın bir unsiyasının qiyməti 0,42% azalaraq 1 337 dollara bərabər olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,08% azalaraq 1,1267 dollar təşkil edib.