Yanğınsöndürənlərin hesabını ödəyən ofisiantın həyatı dəyişdi -İBRƏTAMİZ...
Moderator.az xəbər verir ki, ABŞ-da yaşanan bu hadisə hamının marağına səbəb olub. İki yanğınsöndürən qız yorğun iş günündən sonra restorana gedərək istirahət etməyə qərar veriblər. Qarşılaşdıqları mənzərə isə onların təəccübünə səbəb olub. 
Tim Yonq və Pual Hulinq adlı yanğınsöndürən qızlar restoranda istirahət edən zaman 12 saat davam edən yanğını söndürmələrinin nə qədər çətin olduğunu danışmağa başlayıblar. Sonda hesabı ödəmək üçün kassaya yaxınlaşanda onlara verilən cavab özlərini də təəccübləndirib. 
Belə ki, restoranda ofisiant işləyən Liz adlı qız onların hesabını ödəyərək belə bir məktub da yazıb:
“Bu gün səhər yeməyiniz mənim tərəfimdən olsun. Hər kəsin qaçdığı bir vaxtda alovların içinə atıldığınız üçün sizə təşəkkür edirik. Siz cəsur, amansız və güclüsünüz. Hər gün alovla oynadığınız üçün sizə təşəkkür edirəm. Siz hər kəsə örnəksiniz. Bir az istirahət edin”.
Yanğınsöndürənlər məktubu sosial şəbəkədə paylaşaraq Lizə təşəkkür ediblər. Ancaq iş bununla bitməyib. Yanğınsöndürənlər Lizin atasının beş ildir əlil olduğunu və bunun üçün ona əlil arabasının lazım olduğunu öyrəniblər  Liz isə bununla bağlı internetdə bir paylaşım edərək atası üçün insanlardan kömək istəyib. Lizə dəstək olan yanğınsöndürən qızlar tez bir zamanda tələb olunan məbləğdən də çox pulun yığılmasına müvəffəq olublar. Tezliklə Lizin atasına yeni əlil arabası da alıblar. Liz isə bunun onun üçün gözlənilməz olduğunu deyib.