Ərdoğan futbolçu Məsut Özilin nikah şahidi olub
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məşhur futbolçu Məsut Özilin toyunda nikah şahidi olub. APA-nın Türkiyə bürosunun məlumatına görə, Ərdoğan tanınmış futbolçu ilə Türkiyə gözəli Aminə Gülşənin toy mərasiminə də qatılıb. Prezident Türkiyə vaxtı ilə saat 20:00-da İstanbulda Kısıklıdakı evindən çıxaraq nikah mərasiminə gəlib, cütlüyü təbrik edib, onlara xeyir-dua verib.