AVRO-2020: Türkiyə Fransaya qarşı
Bu gün 2020-ci il Avropa çempionatının seçmə mərhələsində III tura yekun vurulacaq. "Legion" fanat.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə 5 qrupda 13 qarşılaşma təşkil olunacaq. İ, J və H qruplarında 3, C və E qruplarında isə 2 matç keçiriləcək. C qrupunda Almaniya millisi 2 oyunda xal toplaya bilməyən Belarusun qonağı olacaq. İlk oyununu xalsız başa vuran Estoniya isə lider Şimali İralandiyanı qəbul edəcək. Azərbaycan millisi E qrupunda Macarıstanı qəbul edəcək. Dünya çempionatının finalçısı Xorvatiya isə Uelsi sınağa çəkəcək. Turun mərkəzi oyunu H qrupunda keçiriləcək. Son dünya çempionu Fransa səfərdə Türkiyə ilə qarşılaşacaq. Hər iki komanda 2 turdan sonra maksimum nəticə göstərib. Qrupun digər matçlarında İslandiya Albaniyanı sınağa çəkəcək, autsayderlər Moldova və Andorra yığmaları isə ilk xallarını qazanmağa cəhd göstərəcəklər. I qrupunda favorit sayılan Belçika millisi Qazaxıstan, Rusiya yığması autsayder San Marino ilə üz-üzə gələcək. Kipr isə Şotlandiyanın qonağı olacaq. Sonuncu J qrupunda isə favorit İtaliya səfərdə Yunanıstanın müqavimətini qırmağa çalışacaq. Qrupun digər matçlarında isə Lixtenşteyn Ermənistanın, Bosniya və Hersoqovina isə Finlandiyanın qonağı olacaq. AVRO-2020
Seçmə mərhələ
III tur
8 iyun
C qrupu 20.00 Estoniya - Şimali İrlandiya
22.45 Belarus - Almaniya E qrupu
17.00 Xorvatiya - Uels
20.00 Azərbaycan - Macarıstan H qrupu
17.00 İslandiya - Albaniya
20.00 Moldova - Andorra
22.45 Türkiyə - Fransa I qrupu
20.00 Rusiya - San Marino
22.45 Belçika - Qazaxıstan
22.45 Şotlandiya - Cənubi Kipr J qrupu
20.00 Finlandiya - Bosniya və Hersoqovina
20.00 Ermənistan - Lixtenşteyn
22.45 Yunanıstan - İtaliya