Sverdlovsk vilayətindəki islah koloniyasında yanğın baş verib
Sverdlovsk vilayətindəki islah koloniyasında yanğın baş verib. AZƏRTAC xəbər verir ki, vilayətin Qari qəsəbəsindəki koloniyanın ağac emalı üzrə iki sexində yanğın baş verib. Yanğın sonradan yaşayış korpuslarına keçib. Alov iki min kvadratmetr sahəni əhatə edir. İlkin məlumata görə, zərərçəkən yoxdur. Koloniyada 400 məhbus saxlanılır. Onların hamısı təxliyə olunub