Venesuela ilə Kolumbiya arasında sərhədlər açılır - Maduro göstəriş verdi
Venesuela ilə Kolumbiya arasında sərhədlər yenidən açılır. BakuPost "İTARTASS"a istinadən xəbər verir ki, bu barədə məlumatı Venesuela prezidenti Nikolas Maduro öz "Twitter" səhifəsində yazıb: "Biz sülhsevər xalqıq, müstəqilliyimiz və müqəddəratımızı özümüz həll edirik".
İki ölkə arasında sərhədlər hələ fevral ayında bağlanmışdı. Qeyd edək ki, Birləşmiş Ştatlar və bir sıra Qərb ölkələri rəsmən Maduronu prezident kimi tanımaqdan imtina edib. Lakin Rusiya, Çin Nikolas Maduronu Venesuelanın yeganə qanuni prezidenti hesab edir.