Zelenski meşədə mətbuat konfransı keçirdi - Fotolar
Ukrayna Prezidenti Vladimir Zelenski meşədə qapalı mətbuat konfransı keçirib. “Qafqazinfo”nun “112 Ukraina” portalına istinadən verdiyi xəbərə görə, “Zalesye” şəhərətrafı yerində baş tutan görüşdə jurnalistlərdən başqa, Prezident Administrasiyasının əməkdaşları da iştirak edib.  Danışıqların təfərrüatları açıqlanmır. Jurnalistlər sosial şəbəkə hesablarında görüşdən fotolar paylaşaraq Zelenskinin onlara şaurma qonaqlığı verdiyini qeyd ediblər.