Özbəkistan hökuməti Qüdsə görə İsrail fotoqrafının sərgisini yasaqladı...
Özbəkistan hökuməti bircə sözə görə İsrail fotoqrafı Dmitri Brikmanın sərgisini ləğv edib. Bu, "Yerusəlim" sözüdür...
Moderator.az xəbər verir ki, bu haqda "The Times of Israel” nəşri məlumat yayıb. 
2018-ci ilin əvvəlindən etibarən Daşkənddə- Xarici İşlər Nazirliyində  keçirilməsi planlaşdırılan "Yerusəlim-  yalnız bir şəhər deyil" adlı sərgi İsrailin işğal və zor gücünə özünə "paytaxt" etdiyi  “Köhnə şəhər”in, əslində Qüdsün yəhudi sakinlərinə həsr edilib.   Yəhudi nəşrinin yazdığına görə,  tədbirin keçirilməsinə diplomat məmurlar tərəfindən də xeyir-dua verilibmiş... 
Bundan əvvəl fotoqrafın 120 əsəri dünyanın dörd bir tərəfini gəzib. Onun sərgisi Rusiyada və qonşu müsəlman Qazaxıstanda da uğurla keçirilib. Lakin Özbəkistan rəsmiləri qərara gəliblər ki,  xüsusilə, 2017-ci ilin dekabrında müsəlmanlar üçün müqəddəs məkan olan Qüdsün ABŞ prezidenti Donald Tramp tərəfindən "İsrail paytaxtı" elan edilməsindən sonra öz adında "Yerusəlim" sözü daşıyan tədbir Özbəkistanda  keçirilə bilməz...
Yəhudi fotoqraf D.Brikman son ana qədər Özbəkistan hökumətinin qərarını ləğv edəcəyinə ümid edib. Lakin son günlərdə bunun baş verməyəcəyi məlum olub...