Lənkəranda təcili eniş edən təyyarə Naxçıvana yola düşüb
Bakı-Naxçıvan reysi üzrə hərəkət edən, hava şəraiti səbəbindən Lənkərana məcburi eniş edən təyyarə 17:00-da Lənkəran Hava Limanından Naxçıvan istiqamətinə yola düşüb. Bu barədə AZAL məlumat yayıb. 16:36 AZAL-ın J2-253 Bakı (GYD) - Naxçıvan (NAJ) reysi ilə uçmalı olan təyyarə Lənkəran hava limanına eniş edib.  Bununla bağlı AZAL-ın “Facebook” səhifəsində məlumat verilib.  Bildirilib ki, Naxçıvan hava limanında əlverişsiz hava şəraiti ilə (şimşək və leysan) əlaqədar olaraq, hava gəmisinin kapitanı Lənkərana enmək qərarına gəlib.  Təyyarə yerli vaxtla saat 15:08-də ​​təhlükəsiz yerə enib. Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana çatdırılacaq. Qeyd edək ki, ehtiyac olduğu təqdirdə, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq zəruri olan hər şeylə təmin ediləcək.