Misir Mərdanovun qardaşı yeni vəzifəyə təyin olundu
Şabranın keçmiş polis rəisi Əli Mərdanov "Azərişıq” ASC-də vəzifəyə təyin olunub. 
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Ə.Mərdanov "Azərişıq” ASC-nin Qusar Elektrik Şəbəkəsinin rəisi təyin olunub. 
Qeyd edək ki, Ə.Mərdanov daxili işlər orqanlarında yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, keçmiş təhsil naziri Misir Mərdanovun qardaşıdır.