Tokayev Qazaxıstanın yeni prezidenti seçildi
Qazaxıstanda ötən gün baş tutan növbədənkənar prezident seçkilərinin nəticəsi bilinib.
Qaynarinfo İzvestiya.ru-ya istinadən xəbər verir ki, 7 namizədin mübarizə apardığı seçkidə Qasım Comərd Tokayev Qazaxıstan prezidenti statusuna sahib çıxıb. "Nur-Otan" Partiyasının namizədi 70,76% səs qazanıb.
Xatırladaq ki, ölkənin 25 illik rəhbəri Nursultan Nazarbayev 20 martda istefa vermişdi.