Arnold Şvartsnegger qızını ərə verdi
Tanınmış kinoaktyor və siyasətçi Arnold Şvartsneggerin qızı Ketrin ötən gün evlənib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, toy mərasimi Kaliforniyanın Montesito şəhərində baş tutub.   Yazıçılıqla məşğul olan 29 yaşlı Ketrin Şvartsnegger 39 yaşlı aktyor Kris Pretlə nikaha girib. Kris Pratın birinci evlilikdən 6 yaşlı oğlu var.