Son bir ildə 849 nəfərə Gürcüstan vətəndaşlığı verilib
Gürcüstanda ötən ilin avqustundan bu ilin iyun ayının 6-na qədər 849nəfərə ölkə vətəndaşlığı verilib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə nazirinin birinci müavini Mixeil Sarcveladze parlamentin Diaspor və Qafqaz məsələləri komitəsinin iclasında bildirib. Onun sözlərinə görə, həmin dövrdə 1 065 şəxsin Gürcüstan vətəndaşlığını alması ilə bağlı müraciəti təmin olunmayıb. Hesabat dövründə Gürcüstan vətəndaşlığının saxlanılması ilə bağlı 5 565müraciət daxil olub ki, onların 3 372-si təmin olunub, 637 şəxs isə imtina cavabı alıb. M.Sarcveladze bildirib ki, vətəndaşlığın bərpa olunması ilə bağlı daxil olan 2 967 müraciətin isə 1 482-si təmin edilib.