Ukrayna prezidenti xarici işlər naziri vəzifəsinə namizədin adını açıqlayıb
Ukrayan prezidenti Vladimir Zelenski xarici işlər naziri vəzifəsinə Vadim Pristaykonun namizədliyini irəli sürüb.  “Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyası rəhbərinin müavini Ruslan Ryaboşapka bildirib. Prezident XİN başçısı vəzifəsinə namizədi Ali Radaya təqdim edib. V.Zelenski eyni zamanda Pavel Klimkinin xarici işlər naziri vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb.