Qazaxıstanın yeni prezidenti Tokayevin andiçmə mərasimi keçirilir
Qazaxıstanın yeni seçilmiş prezidenti Kasım-Jomart Tokayevin andiçmə mərasimi keçirilir. ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, mərasim Nur-Sultandakı Müstəqillik Sarayında baş tutub. Bildirilir ki, Tokayev artıq saraya daxil olub və onun Qazaxıstan xalqı qarşısında and içəcəyi gözlənilir.