Neft kəskin ucuzlaşdı - Son qiymət
Dünya birjalarında neft qiymətlərində ucuzlaşma yenə davam edib. Axar.az xəbər verir ki, bu gün “Brent” markalı neftin bir barreli daha 1 dollar ucuzlaşaraq, 61,28 dollara düşüb. Yüngül neft isə 52,36 dollaradır. Qeyd edək ki, ötən gün səhər saatlarında “Brent” 62,74 dollara satılırdı. *** “Brent” markalı neftin bir barreli daha 1,53 dollar ucuzlaşaraq, 60,76 dollara, yüngül neft isə 1,42 dollar ucuzlaşaraq 51,85 dollara düşüb.