Azərbaycanlı yazıçı alimentə görə həbs edildi
Tovuz Rayon Məhkəməsi şair-yazıçı Murad Köhnəqalanı həbs edib. Oxu.Az xəbər verir ki, bu barədə yazıçının həyat yoldaşı Şəlalə Göytürk məlumat yayıb.  O bildirib ki, M.Köhnəqala keçmiş həyat yoldaşı və qızının aliment tələbini ödəmədiyi üçün həbs edilib.