İqbal Ağazadənin qohumunun meyiti tapıldı
Bakıda “Ümid” partiyasının sədri və Milli Məclisin sabiq deputatı İqbal Ağazadənin qohumu Loğman Abbasovun meyiti tapılıb.  Bununla bağlı Oxu.Az-a Xətai rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.  Məlumdur ki, iyunun 11-i, saat 07:30-da 49 yaşlı Abbasov Loğman Xudam oğlu Məhəmməd Hadi küçəsində yerləşən evdən çıxıb və geri qayıtmayıb. İyunun 12-si, saat 09:30-da üzərində zorakılıq əlamətləri olmayan cəsədi Sadıqcan küçəsi 52 saylı binanın qarşısında tapılıb.  İlkin ehtimallara görə, ölümə beyinə qan sızması səbəb olub. Qeyd edək ki, o, İqbal Ağazadənin əmisi oğludur.