Oman körfəzində tankerlərə hücum
İyunun 13-də Oman körfəzində iki neft tankeri hücuma məruz qalıb. Bu barədə “Press TV” məlumat verir. İran mətbuatı gəmilərin olduğu ərazinin yaxınlığında partlayış səslərinin eşidildiyini bildirir. Hücuma məruz qalmış tankerlərin ekipajları Oman və Pakistan dəniz limanlarına həyəcan siqnalı göndərib. Qurbanlar və zərərçəkənlər barədə hələlik məlumat yoxdur. Həmçinin gəmilərin hansı ölkənin bayrağı altında üzdüyü məlum deyil.