"Zelenski Ukraynanı Polşa səviyyəsinə çatdıracaq" - Timoşenko
Yeni Ukrayna hökuməti ölkəyə beş il ərzində Polşanın səviyyəsinə çatmağa kömək edə bilər. Axar.az xəbər verir ki, bunu Ukraynanın Baktivşina Partiyasının sədri Yuliya Timoşenko deyib. “Dünya Bankının məlumatlarına əsasən, Ukrayna ümumdaxili məhsulun adambaşına düşən göstəricisinə görə Polşadan 50 il geridə qalıb. Situasiya dəyişə bilər. Əldən verdiyimiz fürsəti yenidən ələ keçirməyə Vladimir Zelenski və hökumət kömək edəcək”, - deyə o bildirib.