İmişlidə 2 uşaq anası intihar edib
İmişlidə intihar olub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Əsədova Nərgiz Adil qızı yaşadığı evin həyətindəki yarımtikilidən özünü asıb. İntiharın səbəbləri məlum deyil. Onun iki uşaq anası olduğu bildirilir. Faktla bağlı İmişli rayon Prokurorluğunda araşdırma aparılır.