Azərbaycan FIFA reytinqində gerilədi
FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Oxu.Az-ın məlumatına görə, ötən ayla müqayisədə Azərbaycan milli komandası iki pillə geriləyib.  Belə ki, millimiz 1188 xalla 110-cu pillədə qərarlaşıb. Qeyd edək ki, Azərbaycan millisi 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 8-də Macarıstana (1:3), iyunun 11-də isə Slovakiyaya (1:5) məğlub olub.