Ornella Muti həbs edildi - 6 ay cəza
İtaliyalı aktrisa Ornella Muti 6 ay müddətinə həbs edilib. "Legion" ölkə.az-a istinadən bildirir ki, aktrisa 2010-cu ildə tibbi arayışı saxtalaşdırdığı üçün cəzalandırılıb. Amma aktrisa həbs cəzasından yayına bilib. O, həbsxanada yatmaq əvəzinə 6 ay sosial müəssisələrdə işləyə bilər. Bu barədə vəkil Maksim Nelin məlumat verib. İnsident 2010-cu ildə baş verib. Ornella tamaşada iştirak etməli olsa da, xəstə olduğunu deyib. Eyni gündə o, Rusiyada Putinin iştirak etdiyi gecədə olub. Amma teatra xəstə olduğunu təsdiq edən tibbi arayış verib. Aktrisa bildirib ki, həqiqətən, xəstə olub və teatrda danışa bilməzdi. Amma Rusiyadakı tədbirdə danışmağa ehtiyac olmayıb.