“Yeşilçam” ulduzu vəfat etdi
"Yeşilçam"ın tanınmış aktyoru Ergün Uçucu dünyasını dəyişib. "Legion" qafqazinfo-ya istinadən xəbər verir ki, aktyor 79 yaşında vəfat edib. Bu haqda onun oğlu Canberk Uçucu sosial şəbəkə hesabında məlumat verib. "Əlvida, atam, sənətkarım və ən yaxşı dostum... Əvida...", - o, paylaşımında qeyd edib.