İdmançımız erməni rəqibini geridə qoyub Avropa birincisi oldu
Pauerliftinq üzrə Avropa çempionatında milli komandamızın tərkibində mütləq çəki dərəcəsində gücünü sınayan Razim Hüseynov turnirin qalibi olub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı R.Hüseynov üç hərəkətin cəmində 885 kiloqram ağırlığı qaldıraraq, yaxın izləyicisi olan erməni rəqibindən üstün olub və çempionluğa yiyələnib.  Qeyd edək ki, R.Hüseynov pauerliftinq üzrə bir dəfə dünya çempionu və dünya ikincisi, üç dəfə Avropa çempionu və səkkiz qat Azərbaycan birincisidir.