Kıvanç “Ferrari”sini satışa çıxardı, alıcı tapa bilmədi
Məşhur türkiyəli aktyor Kıvanç Tatlıtuğ bir müddət əvvəl aldığı “Ferrari” markalı avtomobilini satışa çıxarıb. Oxu.Az türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor 200 min avroya aldığı avtomobilini 1 milyon 725 min türk lirəsinə (təqribən 260 151 avro) satmaq istəsə də, bir aydır ki, alıcı tapa bilmir. Qeyd edək ki, K.Tatlıtuğun “Range Rover”, “Ford Raptor” və “BMW 850” markalı avtomobilləri də var.